Şərtlər və Müddəalar

MANPASI tətbiqi Manpası Səhər Şousu radio proqramına aiddir və həftəiçi hər gün efirdə olan Manpası Səhər Şousunu onlayn olaraq dinləyicilərin istifadəsinə təqdim etmək üçün hazırlanmışdır.

MANPASI tətbiqinə daxil olmaq üçün qeydiyyatdan keçmək zəruridir. Qeydiyyatın zəruriliyi və qeydiyyat prosesində qeydiyyatdan keçən istifadəçidən tələb olunan məlumatlar Manpası Səhər Şousunda onlayn tətbiq vasitəsilə birbaşa iştirak etmək üçündür. Şouda iştirak edənlərlə birbaşa əlaqə saxlaya bilmək, şoudakı yarışlarda qalib gələnlərin kimliyini təsdiq edib dəqiqləşdirmək və hədiyyələrin çatdırılması üçün onlarla əlaqə saxlamaq üçün istifadə etmək məqsədi daşıyır.

MANPASI qeydiyyat prosesində təqdim olunan məlumatlar sadəcə Manpası Səhər Şousu tərəfindən MANPASI tətbiqinin istifadəçilərinə xidmətləri üçün istifadə oluna bilər, üçüncü bir tərəf ilə bölüşülə bilməz və Manpası Səhər Şousu bu konfidensiallığın təminatına öhdəlik daşıyır.